Sabah nisbətən isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah nisbətən isti olacaq

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlədə duman olacaq. Mülayim cənub küləyi axşamı arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.

Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 0-2, gündüz 4-8 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Respublikanın şimal və şərq rayonlarında hava yağıntılı olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm