Qırmızı.az
Yasamalda söküləcək 10 min evlə bağlı - Yeni xəbər
Yasamal rayonunda evlər 6 mərhələdə söküləcək. Bu sözləri Movqe.az-a açıqlamasında Yasamal rayon İcra Hakimiyyətində söküntü ilə əlaqədar yaradılmış işçi qrupunun üzvü İmaməli Mahmudov söyləyib.
İ. Mahmudov bildirib ki, 1-ci mərhələdə Vergilər Nazirliyinin arxasından Nərimanov heykəlinə qədər ərazidə söküntü işləri aparılacaq. İ. Mahmudov bildirib ki, söküləcək ərazidə yol genişləndiriləcək. İ. Mahmudov hələki söküntü işlərinə start verilmədiyini evlərin layihələrinin çəkildiyini söyləyib: "Hələki layihələr çəkilir. Bu günə olan məlumata görə, 2095 evin qaralama layihəsi çəkilib. Ümumi söküntüsü nəzərdə tutulan 10 min 500 tikilinin layihəsi çəkilməlidir. Amma qeyd etdiyim kimi, bu iş Bakı Şəhər İcra Hakimiyyəti başçısının 502 saylı sərəncamına əsasən 6 mərhələdə həyata keçiriləcək. Yəni 10 min 500 ev birdən-birə sökülməyəcək. Mərhələ ilə söküntü aparılacaq ərazilərdə tikililərin layihəsi çəkiləcək, sahibləri dəvət olunaraq onlarla fərdi şəkildə görüş keçiriləcək".
İ. Mahmudov bildirib ki, söküntü aparılacaq ərazi 40 hektara yaxındır. Onun sözlərinə görə, söküntünün nə vaxt başa çatdırılması ilə bağlı konkret müddət göstərilməyib.
İ. Mahmudov ən sonda Nizami metrostansiyasının arxa hissəsində söküntünün aparılacağını bildirdi.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye