Bakıda yaşayan “peyğəmbər”lərin şok siyahısı – VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda yaşayan “peyğəmbər”lərin şok siyahısı – VİDEO

Azərbaycanda yeni “peyğəmbərlər” ordusu yetişir. Demə, Bakıda özünü Allahın elçisi elan edən onlarla belə insan varmış.

Axar.az-ın qeyri-ənənəvi təriqətlər barəsində araşdırmaları ortaya çıxardı ki, ölkədə özünü peyğəmbər elan edənlər sürətlə artmaqdadır və bu, ölkə əhalisinin sayı ilə müqayisədə rekord həddədir. Azərbaycanda orta aylıq əməkhaqqı 432 manat, adambaşına düşən ümumi daxili məhsul 6 min, adambaşına düşən peyğəmbər isə bir gilədir. Yəni ölkənin təxminən yarısı peyğəmbərdir.

“Peyğəmbərlər” əsasən qeyri-ənənəvi təriqətlərin içindən pöhrələnirlər. Məsələn, ibrahimi təriqətinin öndəri Ələsgər Musayev bu “peyğəmbərlərin” ən tanınanıdır. Amma demə, ibrahimi təriqətinə inananlara Ə.Musayev təkbaşına “peyğəmbərlik” etmirmiş. Firdovsi və Hamlet adlı şəxslər də Allahın yer üzündəki “elçiləridir”. Bu trio səhabə olduqlarını iddia edir və hətta bir-birinə “əleyhüssalam” deyirlər.

İbrahimi peyğəmbərlər dəstəsi bununla da yekunlaşmır.

Saytımızın şərh bölümünə fikirlərini bildirən Mürsəl İbrahimoğlu adlı şəxs də “peyğəmbərmiş”; o özünün Allahın mürsəli, mehdisi, xəlifəsi olduğunu iddia edir.

Elxan Axundov adlı ibrahimi isə yazır ki, Allahın haqqınaz rəsuludur: “Mən 20-ci əsrin axırı, 21-ci əsrin əvvəlində Allah tərəfindən seçilmiş rəsullardan biriyəm. Bu gün zəmanəmizdə Allahın rəsulları çoxdur. Ələsgər Musayev isə onların içərisində Allaha ilk təslim olan rəsuldur”.

İbrahimi oxuculardan Yalçın Nəzərov və Baba Nəzərov da özünü Allahın rəsulu sayır. Ümumiyyətlə, belə məlum olur ki, ibrahimilərin təxminən hamısı rəsul, peyğəmbər, xəlifə, elçidirlər.

Dərd ondadır ki, özünü “peyğəmbər” sayanların siyahısı bununla da yekunlaşmır. Başqa təriqət daşıyıcıları da - ibrahimilər qədər olmasa da – “peyğəmbər” sarıdan korluq çəkmirlər. “Bakı Krişna Şüuru” dini icmasının sədri Aydın Mərdiyev də ali nöqtədə özünü görənlərdən biridir.

“Azərbaycan Bəhai İcmasının rəhbəri” Azər Cəfərov və onu kimi bəhai təriqətinə sitayiş edənlər isə həzrəti Bəhaullahı Allahın sonuncu elçisi sayırlar.

Bu “peyğəmbər”lər siyahısında Bakı bulvarında özünü peyğəmbər elan edənə isə artıq dəli kimi baxmaq olmur. Bu qədər peyğəmbər varsa, o niyə olmamalıdır?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm