Səhiyyə Nazirliyindən "Atlas" klinikası ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyindən "Atlas" klinikası ilə bağlı AÇIQLAMA

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən fəaliyyəti dayandırılan “Atlas Medical Center” MMC-nin rəhbərliyinin bu klinikanın bağlanmaması barədə verdiyi informasiya düzgün deyil.

Bunu Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

Onun sözlərinə görə, bu müəssisə təkcə lisenziya əlavəsində göstərilən xidmətlərdən kənar - ginekoloji və doğuşayardım xidmətləri göstərməyib, həm də ümumilikdə fəaliyyətində nöqsanlar olub: "Buna görə də müəssisə rəhbərliyinin klinikanın yalnız ginekoloji şöbəsinin bağlanması barədə verdiyi informasiya yanlışdır. Klinikanın fəaliyyəti bütünlüklə dayandırılıb və bu barədə Səhiyyə Nazirliyinin sərəncamı var. Artıq “Atlas Medical Center”in hüquqşünası da klinikanın fəaliyyətini dayandırdığını nazirliyə açıqlayıb".

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən “Atlas Medical Center” MMC-nin tibb fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm