Erməni soyqrımı ilə bağlı film təqdimatı
Bizi izləyin

Qırmızı.az

Erməni soyqrımı ilə bağlı film təqdimatı

Bu gün Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Beynəlxalq Mətbuat Mərkəzində Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı diviziyası ilə birlikdə Xocavənd rayonunun Qaradağlı kəndində törədilmiş Qaradağlı soyqrımının 22-ci ildönümü münasibətilə dəyirmi masa keçirdi.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan edildi.

Daha sonra “Soyqırım: Qaradağlı davam edir...” adlı film nümayiş olundu. Sənədli filmdə hadisə şahidləri gördükləri hadisələrdən danışırdılar. Film nümayişindən sonra Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Ermənistanın daim ona havadarlıq edən dövlətlərin dəstəyi ilə zaman-zaman Azərbaycan ərazilərində qətliamlar törətməklə Azərbaycan torpaqlarında bugünkü Ermənistan dövlətinin yaradılmasına nail olduğunu bildirdi.

“Bu gün Azərbaycanın güclənməsini istəməyən, dövlətimizin hərtərəfli inkişafını gözü götürməyən bəzi dövlətlərin və bəzi beynəlxalq təşkilatların fəaliyyətləri isə təcavüzkar və işğalçı Ermənistana dəstək verməklə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə bərabər Ermənistandan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar”, deyə Vüqar Qədirov qeyd etdi.

Tədbirdə çıxış edən Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, deputatlar, QHT rəhbərləri, Qaradağlı soyqrımının canlı şahidləri çıxış edərək Ermənistanın törətdiyi soyqrım aktlarının bəşəri cinayət olduğunu vurğuladılar.

Millət Vəkili Qənirə Paşayeva Qaradağlı soyqrımının dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğuladı: “Xüsusən də gənclərimiz bu tarixi öyrənməlidirlər. Gənclərimizin çoxu bu hadisələri görməyiblər. Ancaq onların bu tarixi öyrənməsi çox vacibdir”.

Qənirə Paşayeva gənclərə sosial şəbəkələrdə bu həqiqətləri yaymağı məsləhət gördü və onların daha çox xarici vətəndaşlara soyqrımlar haqqında məlumatlar çatdırılmalarının vacibliyini bildirdi.

ELMİN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm