Niyaməddin Orduxanlı Martin Şulta qarşı bəyanat verdi
Bizi izləyin

Qırmızı.az

Niyaməddin Orduxanlı Martin Şulta qarşı bəyanat verdi

Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı "Bələdiyyələrin İnkişafına Yardım" ictimai birliyi bəyanat yayıb.

Birliyin sədri Niyaməddin Orduxanlı Publika.az-a bildirib ki, Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı etdiyi çıxışı birbaşa qərəzli və Azərbaycana olunan təzyiq kimi qəbul edirik və buna kəskin etirazımızı bildirik.

"Avropa Parlamentinin prezidenti olaraq Martin Şults Avropanın və xüsusən də Azərbaycanla qonşu ölkələrə bərabər münasibət göstərməyi tələb edirik. Qonşu Gürcüstan və Ermənistanda onlarla QHT sədri, bloqçular, siyasi partiya yetkiləri həbsdə olduğu halda, ancaq Azərbaycanda vətənə xəyanət ittihamı ilə istintaq altına alınmış Leyla Yunusovanın həbsini səsləndirmək və onun hüquqlarının pozulmasından bəhs etmək, onu deməyə əsas verir ki, Martin Şults Azərbaycana qarşı qərəzlı mövqe tutub . Həmçinin də bu cür çıxışlar Azərbaycan cəmiyyətində Avropa Parlamneti kimi nüfuzlu bir təşkilatın imicinə böyük zərbə vurmuş olur. Avropa Parlamentinin rəhəri unutmamalıdır ki, Ermənistan dövləti rəsmən bir milyon Azərbaycan vətəndaşının hüququnu pozub, 20 mindən artıq Azərbaycan vətəndaşı erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib, 30 mindən artıq soydaşımız əlil olub. Niyə bir dəfə də olsun Martin Şults bu məsələrdən danışmayıb?! Bütün bunlar onu deməyə əsas verir ki, cənab Şultsun verdiyi bəyanat siyas xarakyer daşıyır və Azərbaycan dövlətinə təzyiq edilməsi üçün deyilmiş sözlərdi", Orduxanlı əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm