• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Goranboyda zəncirvari qəza: 3 ölü

Goranboyda zəncirvari qəza: 3 ölü

Axşam saat 21.00 radələrində Bakı-Qazax avtomagistralının 340-cı km-də, Goranboy rayonunun Borsunlu kəndi ərazisində ağır zəncirvari yol-qəza hadisəsi baş verib.

Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, eyni istiqamətdə hərəkətdə olan “VAZ 21011” markalı avtomobillə “Hundai Santa Fe” markalı nəqliyyat vasitəsi toqquşub.

Nəticədə “VAZ 21011” - də hələlik adları məlum olmayan sürücü və biri azyaşlı olmaqla iki sərnişin hadisə yerində dünyasını dəyişib.

Hadisə baş verən zaman yolun kənarında dayanıb, hadisəyə şahidlik edən 3 avtomobil isə zəncirvari qəzaya səbəb olub.

Faktla bağlı Baş Dövlət Yol polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırmalar aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR