Bakıda güclü külək əsəcək
Bizi izləyin

Qırmızı.az

Bakıda güclü külək əsəcək

Azərbaycanda hava iki gün küləkli olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 6-da hava dəyişkən buludlu keçəcək, arabir tutulacaq, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Dekabrın 7-də isə yenidən güclənəcək.


Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam isə ayrı-ayrı qərb rayonlarında yağıntı düşəcək. Qərb küləyi arabir güclənəcək.


Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm