Nazirlik: Milli təhlükəsizliklə bağlı məlumatlar ciddi şəkildə təhlil olunmalıdır
Bizi izləyin

Qırmızı.az

Nazirlik: Milli təhlükəsizliklə bağlı məlumatlar ciddi şəkildə təhlil olunmalıdır

"Dövlət sirri təşkil edən, hərbi xarakterli, milli təhlükəsizliklə bağlı məlumatlar mediada yayılmazdan əvvəl mütləq ciddi şəkildə təhlil olunmalıdır. Bundan sonra onu ictimaiyyətin və dünyanın diqqətinə çatdırılmaq olar".

Trend xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident Administrasiyası, Müdafiə Nazirliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu" mövzusunda keçirilən tədbirdə bildirib.

İdarə rəisi qeyd edib ki, bu gün dünyada böyük informasiya axını mövcuddur, Azərbaycan da bu axının içindədir. Ona görə də bu gün aparıcı media nümayəndələrinin, qəzetlərin, elektron resursların əsas vəzifəsi bu böyük informasiya axınında informasiyanı yaxşı düşünərək yaymaqdır: "Çünki düşünülməmiş informasiya veriləndə, o həmin dəqiqə internetdə geniş şəkildə paylaşılır və ictimaiyyətdə müəyyən çaşqınlıq yaradır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm