Azərbaycana idxal edilən toyuq ətində quş qripi təhlükəsi var?
Bizi izləyin

Qırmızı.az

Azərbaycana idxal edilən toyuq ətində quş qripi təhlükəsi var?

Honkonq Kanadadan aldığı toyuq və yumurta məhsullarının idxalını dayandırıb.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Kanadanın Frasey Valley bölgəsində iki quşçuluq fabrikində quş qripi virusu aşkarlanıb.

Kanadanın Qida Araşdırma Alyansı bölgələrdəki başqa fabriklərdə aparılan araşdırmalar nəticəsində virusun 2 fabrikdə yayıldığını müəyyən edilib. Bu müəssisələrin hər ikisində karantin elan edilib. Daha öncə idxalına başlanan 18 min hinduşka və toyuğun, bundan başqa, 2 fermada 12 min toyuq və hinduşkanın tələf ediləcəyi nəzərdə tutulub.

Bu virusun Azərbaycan üçün təhlükəsi varmı?

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətininin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Publika.az-a açıqlamasında quş qripi ilə bağlı epizodik vəziyyət təhlükəsiz olan ölkələrdən məhsul istehsal etdiklərini deyib:

“Əvvəllər də olduğu kimi, hazırda ABŞ, Türkiyə və Braziliyadan toyuq, toyuq məhsullarını idxal edirik. Azərbaycana həmin məhsulların idxal edildiyi ölkələr sırasında Kanada yoxdur. Toyuq məhsulları idxal edilmədən əvvəl epizodik bürodan xəstəliklərlə bağlı məlumat alırıq. Həmin məlumat əsasında epizodik vəziyyətin sabit olduğu ölkələrdən məhsul idxal edirik. Bu gün Kanada ilə yanaşı Böyük Britaniya, Almaniya, Niderland və Yaponiyada bu xəstəlik yayılıb. Bu qrip yüksək patogenlidir”.

Y.Xanvəli onu da bildirib ki, xəstəlik qeydə alınan kimi həmin ölkədən idxala qadağa qoyulur:

“Məhsulları idxal etməmişdən əvvəl həmin təsərrüfatların baytarlıq sağlamlığı haqqında sənədləri qəbul edilir. Hər hansı ölkədə quş qripi xəstəliyi aşkar olunan gündən həmin ölkəyə qadağa tətbiq edirik. Bir müddət əvvəl Niderlanddan bir günlük cücələr alırdıq. Xəstəlik qeydə alınan vaxtda qadağa tətbiq etdik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm