Fəxri Uğurlunun istefasının səbəbi məlum oldu
Bizi izləyin

Qırmızı.az

Fəxri Uğurlunun istefasının səbəbi məlum oldu

“Aydın yol” qəzetinin baş redaktoru Fəxri Uğurlunun istefasının səbəbləri bilinib.

Axar.az-ın əldə etdiyi məlumata görə, istefaya səbəb qəzetin şöbə müdiri Tahir Kazımlının yazdığı məqalələr olub. Tərcümə Mərkəzinin rəhbərliyinə yaxın şəxslərdən daxil olan məlumata görə, Kazımlı qəzetin ilk sayından etibarən dərslik problemləri ilə bağlı araşdırma yazılar yazırmış. Bu isə bir çoxlarının xoşuna getməyib. Onlar Afaq Məsuddan yazıların dayandırılmasını tələb ediblər. Afaq xanım isə Tahir Kazımlıya və Fəxri Uğurluya iradını bildirib. Bundan sonra Kazımlının işdən çıxarıldığını deyib. Fəxri Uğurlu isə xanım Məsudun bu hərəkəti ilə barışmayıb və özünün də qəzetdən getdiyini bildirib.

Dünən Yaşar Əliyevin qəzetə baş redaktor təyin edilməsi isə kollektivdə birmənalı qarşılanmayıb. Odur ki, növbəti istefaların olacağı istisna edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm