2 milyon manatdan çox pul mənimsəmiş vəzifəli şəxslər həbs edildi
Bizi izləyin

Qırmızı.az

2 milyon manatdan çox pul mənimsəmiş vəzifəli şəxslər həbs edildi

Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mtəbuat xidmətindən Publika.az-a verilən məlumata görə, araşdırmalar zamanı “Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalovun Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Sarif Əsgərovla əlbir olub qeyd edilən avtomobil yolunun tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat dəyərində işləri yerinə yetirmədən həmin işlərin görülməsi barədə rəsmi sənədlərə yalan məlumatlar daxil edib rəsmiləşdirərək dövlət büdcəsinin vəsaitini mənimsəmələrində, habelə öhdəsinə götürdüyü işi keyfiyyətli qaydada yerinə yetirməməsi səbəbindən avtomobil yolunun bir hissəsinin dağılması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə 143 min manat məbləğində mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm