Balığı haradan alaq – bazardan, yoxsa yol kənarlarından?
Bizi izləyin

Qırmızı.az

Balığı haradan alaq – bazardan, yoxsa yol kənarlarından?

“Qeydiyyatdan keçmiş bazarlarda satılan balıqların hamısı yoxlanılır. Həmin bazarlarda gölməçə balıqlarının satışına məhdudiyyət qoyulmur. Balıq yararlıdırsa, onun satışına icazə verilir”.

Bu sözləri Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bazarlarda insan sağlamlığı üçün zərərli olan gölməçə balıqlarının satılmasına münasibət bildirərkən deyib.

O, bazarlarda aparılan yoxlamalar zamanı köhnə, xəstə, qida üçün yararsız balıqlara rast gəlindiyini bildirib:

“Aşkarlanan həmin məhsullar aktlaşdırılır və yandırılır. Onların sahibinə də məhsulların yararsız və ya xəstə olması səbəbindən məhv edildiyi bildirilir. Bütün bazarlarda balığın təzə olması, insanın qidalanması üçün yararlılığı, satış yerlərinin baytarlıq sanitar-gigiyenik tələblərinə uyğun olması yoxlanılır. Bu yoxlamalar gün ərzində aparılır. Lakin bazarlarda keyfiyyətsiz balıqların satılması doğru deyil”.

Y.Xanvəli onu da vurğuladı ki, əsasən yol kənarlarında satılan balıqların tələblərə uyğun olmamasına rast gəlinir.

“Belə halların qarşısının alınması üçün dəfələrlə məsələ qaldırmışıq. Təəssüf ki, İnzibati Xətalar Məcəlləsində həmin şəxslər üçün cərimələr çox aşağıdır. Fiziki şəxslər üçün yol kənarında satışa görə cərimə 22 manatdır və cərimələnən şəxs 2 balıq satmaqla həmin pulu qazana bilir. Ona görə də bu halların qarşısını ala bilmirik. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib, cəriməni min manata qədər artırsalar, satıcılar bu səhvlərə yol verməz. Bu halların qarşısının alınması üçün sahə müvəkkilləri, səhiyyə orqanları və digər qurumlar bizə dəstək olmalıdır. Bu ancaq baytarlığın gücü çatan məsələ deyil”.

Qeyd edək ki, ekspertlər paytaxt bazarlarının əsasən gölməçədən tutulan balıqların satıldığını və onların keyfiyyətsiz olduğunu bildirir. Ona görə də həmin məhsullara maraq da azdır. Alıcılar da bazarlarda satılan balıqların keyfiyyətinə etibar etmədiklərini bildirir. Bəzi fikirlərə görə, həmin balıqlar sağlamlıq üçün təhlükəlidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm