Hərbiçimiz erməni helikopterinə gorә cəzalandırılıb - VİDEO
Bizi izləyin

Qırmızı.az

Hərbiçimiz erməni helikopterinə gorә cəzalandırılıb - VİDEO

Noyabrın 2-də Ağdamda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana məxsus vurulan helikopteri çəkən hərbçi cəzalandırılıb.

Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı millət vəkili Aqil Abbasın iradına cavab olaraq bildirib.

Dövlət nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçilərinin bir araya gələrək informasiya təhlükəsizliyi məsələsinin müzakirəsi zamanı Aqil Abbas sual edib ki, helikopterin vurulması ilə bağlı informasiyanı sosial şəbəkədə yerləşdirən hərbçiyə cəza verilib.

Vaqif Dərgahlı isə bildirib ki, həmin şəxslərin kimiliyi dərhal araşdırılıb və tapılıb: "Onunla da bağlı ciddi tədbirlər görüldü. Sadəcə olaraq elə məlumatlar olur ki, biz onu açıqlaya bilmirik. Bu cür məqamlar olub. Ona görə də bu məqamların diqqətlə qəbul olunmasını biz tərəfdən arzu edirik” (anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm