Maşın dərəyə düşdü, 3 nəfər öldü
Bizi izləyin

Qırmızı.az

Maşın dərəyə düşdü, 3 nəfər öldü

Ucar rayonunda ağır yol qəzası baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ucar rayonu, Əlikənd kəndində (rayon mərkəzindən 18 km aralı) "BMW" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb və yanıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının kəşfiyyatı zamanı avtomobildə sürücünün və şəxsiyyətləri məlum olmayan 2 nəfər (kişi) sərnişinin yanmış meyitləri aşkar olunub. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış 3 nəfərin meyitini xüsusi kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarıb və aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 00:50-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm