“Bandotdel” şefi məxfi şöbəyə rəis təyin etdi
Bizi izləyin

Qırmızı.az

“Bandotdel” şefi məxfi şöbəyə rəis təyin etdi

Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin yeni rəisi Seyfulla Əzimov kadr dəyişikliyi edib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, o, İdarənin Terrorizm və Banditizmə qarşı Mübarizə şöbəsinə keçmiş işçisi, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşını təyin edib.

Yeni təyinat alan şöbə rəisinin adı və soyadı bizə məlum olsa da, həmin şöbə məxfi hesab olunduğundan onun ad və soyadını açıqlamağı məqbul hesab etmirik.

Qeyd edək ki, Mirqafar Seyidovun yerinə təyin edilən Seyfulla Əzimov Quba Rayon Polis Şöbəsinin rəisi olub.

O, Quba Rayon Polis Şöbəsinə rəis təyin olunmazdan öncə isə Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm