Akademik Ramiz Mehdiyevin qazax dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib - FOTO
Bizi izləyin

Qırmızı.az

Akademik Ramiz Mehdiyevin qazax dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib - FOTO

Qazaxıstanın Atırau şəhərində X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun tərəfindən “Azərbaycanın Qazaxıstanda biznes investisiya Assosiasiyası”nın maliyyə dəstəyi ilə Qazaxıstanın dövlət orqanları və ictimaiyyət nümayəndələri arasında böyük marağa səbəb olmuş, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" qazax dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib.

Baş Konsulluqdan Trend-ə bildiriblər ki, tədbirdə ilk öncə çıxış edən Atırau Dövlət Universitetinin rektoru, professor Beybut Mamrayev "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabını tədbir iştirakçılarına təqdim edərək, əsərin Qazaxıstanda Azərbaycanın tanıdılması sahəsində əhəmiyyətindən, Azərbaycanın müstəqilliyini bərpasından sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən güclü dövlətin yaradılması və iqtisadiyyatın modernləşdirilməsi sahəsində həyata keçirilən siyasi prioritetlərinin işıqlandırıldığını qeyd etmişdir. O, kitabın Qazaxıstan ziyalıları, habelə gənc alimlər tərəfindən Azərbaycanı dərindən tanımaları üçün dolğun nəşrin olduğunu vurğulamışdır.

Daha sonra çıxış edən Baş konsul Rəşad Məmmədov kitabın qazax dilində nəşr olunması səbəblərindən danışaraq, Azərbaycanın möhkəmləndirilməsi və inkişafı yolunda qazanılan uğurların qazax içtimaiyyətinə çatdırılmasında kitabın önəmini vurğulamışdır. Baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət geniş şərh edildiyi əsərin qazax ziyalıları, elm adamları, gənc alimlər və dövlət qulluqçuları üçün maraqlı olduğunu qeyd etmişdir.

Baş konsul R.Məmmədov kitabın Qazaxıstanın qərb bölgəsində yerləşən vilayətlərin əksər kitabxanaları, ali təhsil müəssisələri, dövlət təşkilatlarına paylalanıldığını qeyd edərək, qardaş Qazaxıstan Respublikasında ölkəmizin siyasi prioritetlərinin həyata keçirilməsində atılan addımların işaqlandırılması üçün akademik Ramiz Mehdiyevin qazax dilində nəşr olunmuş "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabının müfəssəl vasitə olacağını vurğulamışdır.

Tədbirin sonunda görüş iştirakşılarına kitabın nüsxələri paylanılmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm