Sabah yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabah yağış yağacaq

İstirahət günü Azərbaycanda hava yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a bildiriblər ki, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 2-4 dərəcəyə, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 7-də arabir yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm