Publika.az-ın xəbəri təsdiqləndi: Azərbaycandan Suriyaya döyüşçü göndərən şəxs həbs olundu
Bizi izləyin

Qırmızı.az

Publika.az-ın xəbəri təsdiqləndi: Azərbaycandan Suriyaya döyüşçü göndərən şəxs həbs olundu

Xaçmaz rayonunda radikal dinin qruplaşma üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib.


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əməliyyat Xaçmaz rayon polis şöbəsi əməkdaşları tərəfindən təşkil olunub.


Əməliyyat zamanı Nizami Seyidov adlı şəxsin saxlanıldığı bildirilib. Onun keçmiş polis işçisi olduğu vurğulanıb. Bildirilib ki, Nizami Seyidov Bakının Yasamal rayonunda pasport-qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Publika.az bu həbs barədə özəl məlumatlar əldə etmişdi. Belə ki, hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, dünən gecə keçirilən əməliyyat nəticəsində xəvaric qruplaşmasının aktiv üzvlərindən olan Nizami Seyidov həbs olunub. İlkin məlumata görə, ondan silah-sursat da aşkar olunaraq götürülüb.

Məlumata görə, N. Seyidov keçmiş polis mayorudur. Hazırda təqaüddədir. Bir neçə il öncə sələfi cərəyanına qoşulub. Daha sonra sələfilərin radikal qolu olan xəvaric qruplaşmasına daxil olub. Onun bölgədə gəncləri Suriyaya döyüşə getməyə təhrik etdiyi haqda məlumatlar var.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm