Ermənilər Goranboyda evi yandırdılar - FOTO
Bizi izləyin

Qırmızı.az

Ermənilər Goranboyda evi yandırdılar - FOTO

Goranboy rayonunun təmas xəttində yerləşən Tap-qaraqoyunlu kəndi bu gün Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, atəş nəticəsində kənd sakini Yalçın Quliyevə məxsus 2 mərtəbəli evdə yanğın baş verib. Yanğın zamanı evdə ev sahibinin həyat yoldaşı və iki körpə usagı olub.

Hadisə bu gün günorta saatlarında baş verib. Kənd sakinlərinin sözlərinə görə qarşı tərəf əsasən yandırıcı güllələrdən istifadə edib. Atılan güllələrdən biri evin ikinci mərtəbəsindəki otaqlardan birində olan televizora dəyib və partlayış baş verib. Ev sahibinin həyat yoldaşı Kamilə Quliyeva əvvəcə övladlarını bayıra çıxarıb.

Evin sahibi Yalçın Quliyev həmin vaxt evdə olmadığını bildirib: “Yas yerində idim, yoldaşım zəng elədi. Bu hadisə barədə mənə məlumat verən kimi evə qaçdim.İçəri girmək istədim girə bilmədim”.

Hadisə yerinə FHN-nin Naftalan şəhər yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb. Yalçın Quliyevə məxsus 120 kvm lik evin 100 kvm əşyaları ilə birgə tamamilə yanıb.

Naftalan şəhər yanğından mühafizə hissəsinin rəisi ,Elçin Quliyev:” Məlumat daxil olmuşdu 12:14 dəqiqədə.Tez zamanda hadisə yerinə çixmişıq. Gördüyünüz kimi yanğının qarşısı alınıb. Xəsarət alan olmayıb”

Goranboyun Tap–qaraqoyunlu kəndi Ermənistan silahlı birləşmələrinin yerləşdiyi ərazindən 400 metr aralıdadır. Evlərin qarşı tərəfin mövqelərinə baxan istiqamətdə istinad divarları çəkilsə də bu hər zaman dinc əhalini təhlükədən qorumur. Sakinlərin sözlərinə əsasən son bir həftə əzində qarşı tərəf müntəzəm olaraq kəndi atəşə məruz qoyur. Atəşkəsin pozulması nəticəsində kənd sakinləri arasında ölən və yaralanan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm