Bakı polisindən geniş miqyaslı gecə əməliyyatı – Video
Bizi izləyin

Qırmızı.az

Bakı polisindən geniş miqyaslı gecə əməliyyatı – Video

Bakıda yol hərəkəti təhlükəsizliyini gücləndirmək və sərxoş, plyonkalı sürücülərin, gecə paytaxtda narahatlıq yaradan avtoşların qarşısını almaq üçün dünən başlayan genişmiqyaslı əməliyyat davam etdirilir.

Axar.az-ın əməliyyatda iştirak edən əməkdaşının sözlərinə görə, Bakı şəhər Dövlət Yol Polisi rəhbərliyinin də iştirak etdiyi, çoxsaylı polis əməkdaşlarının qatıldığı və bütün paytaxt ərazisini əhatə edən genişmiqyaslı əməliyyatda qayda pozuntusuna yol verən sürücülərlə bağlı sərt ölçü götürülür. Həbslərin də olacağı istisna deyil.

Əməliyyat səhərə qədər davam edəcək.

Xatırladaq ki, ötən gecə keçirilən əməliyyatda kobud qayda pozuntusuna yol verən 16 sürücü həbs edilmişdi.

13:35

"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin əmrinə əsasən, hazırda Bakı şəhər ərazisində 11-ci və 8-ci taqımla birgə reyd keçirilir".

Bu sözləri Axar.az-a video-açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov söyləyib.

O, keçirilən reydin əsas məqsədinin bütövlükdə sərxoşluğa qarşı fəaliyyətin gücləndirilməsi, eləcə də avtoxuliqanlıq edən gəncləri aşkar edərək onları məsuliyyətə cəlb etməkdən ibarət olduğunu bildirib:

“Bu gün az vaxtda avtomobili sərxoş vəziyyətdə idarə edən 40-a yaxın sürücü aşkar edilib. Təəssüf ki, onların arasında zərif cinsin nümayəndələri də var”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm