
Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
Publika.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Lənkəran şəhəri, Az-rıb qəsəbəsində motorlu qayıqla dənizə çıxmış 2 nəfər (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralıda nəzarətsiz ərazidə) batma təhlükəsi ilə üzləşib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 15:19-də başa çatıb.