Bakıda Ümumdünya Gömrük Təşkilatının iclası keçirilir - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda Ümumdünya Gömrük Təşkilatının iclası keçirilir - FOTOLAR

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionunun Potensialın Gücləndirilməsi üzrə milli əlaqələndirici şəxslərinin iclası işə başlayıb.

Publika.az-ın məlumatına görə, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində təşkil olunan tədbirdə Azərbaycan da daxil olmaqla, 21 iştirakçı ölkənin, eləcə də Avropa Komissiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndə heyətləri iştirak edir.

İclasın açılış mərasimində Dövlət Kömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev, Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavinin ofisinin nümayəndəsi Jean-Michel Grave, təşkilatın katiblik nümayəndəsi Roger Herman və digər şəxslər iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin sədri A.Əliyev çıxışında bildirib ki, müsair dövrdə müşahidə olunan texnologiyaların inkişafı, qloballaşma və inteqrasiya prosesləri, iqtisadi böhran vəziyyətləri, rəqəmsal uçurum problemləri potensialın gücləndirilməsi məsələsini zəruri edir.

Onun sözlərinə görə, yalnız yüksək səviyyəli mütəxəssilərin köməyi ilə ətrafda baş verən dəyişikliklərlə birgə düzgün idarəetmə sistemi qurmaq mümknüdür: “Bu gün qloballaşma və regional inteqrasiya prosesləri nəticəsində ticarətin həcminin artması gömrük işi qarşısında mühüm vəzifələr qoyur. Bu, dünyada gömrük xidmətlərinin qarşısında yeni çağırışlar yaradıb. Dünyanın hər bir gömrük xidməti eyni çağırışla qarşılaşır. Bir tərəfdən ticarətin asanlaşdırılması, digər tərəfdən qaçaqmalçılığın qarşısının alınması, cəmiyyətin sağlamlığının təmin edilməsi, əqli mülkiyyət hüquqlarının qorunması və digər bu kimi hüquq mühafizə vəzifələrinin həyata keçirilməsi həmin çağırışların tərkib hissəsidir. Azərbaycan gömrüyü indiyədək bu vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlib və bütün bunların əldə edilməsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi və hazırda da Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən siyasəti nəticəsində müəyyən olunub. Kadrların peşəkar hazırlığının artırılması və onların peşə biliklərinin təkmilləşdirilməsi istiqamətində aparılan işləri qeyd etmək istəyirəm. Son illərdə bu istiqamətdə atılmış ən mühüm addımlardan biri Dövlət Gömrük Komitəsinin Akademiyasının yaradılmasıdır. Bundan əlavə, Azərbaycan potensialın gücləndirilməsi üsrə Ümumdünya Gömrük Təşkilatının iki regional qurumuna ev sahibliyi edir. Böyük məmnuniyyət hissi ilə bildirim ki, potensialın gücləndirilməsi sahəsində Azərbaycan Gömrük Xidmətinin həyata keçirdiyi tədbirlərin mühüm tərkib hissəsi olaraq, 2015-ci il sentyabrın 8-10-da növbəti “PİCARD” konfransı Bakı şəhərində keçiriləcək”.

Qeyd edək ki, iki gün davam edən iclasda Ümumdünya Gömrük Təşkilatının strategiyası və prioritetləri, gömrük sisteminin modernləşdirilməsi və təşkilati inkişaf, potensialın gücləndirilməsi üzrə milli əlaqələndirici şəxslərin rolu və vəzifələri, potensialın gücləndirilməsinə regional yanaşma və digər məsələlər müzakirə olunacaq.

Vasif Həsənli

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm