Xələf Xələfov: "İnsan hüquqları məsələləri siyasətdən daha mühümdür"
Bizi izləyin

Qırmızı.az

Xələf Xələfov: "İnsan hüquqları məsələləri siyasətdən daha mühümdür"

“İnsan hüquqları məsələləri siyasətdən daha mühümdür”.

Bu sözləri “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” adlı beynəlxalq konfransda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışı zamanı bildirib.

Publika.az xəbər verir ki, tədbirdə narkomaniyanın cəmiyyət üçün aktual problem olduğu vurğulanıb və bildirilib ki, buna görə də Azərbaycan dövləti problemi aradan qaldırmaq üçün yaxından diqqət göstərir:

“Biz bu gün Beynəlxalq səviyyələrdə öz məruzələrimizi təqdim etməklə yanaşı, əldə etdiyimiz naliyyətləri də nümayiş etdiririk. Azərbaycanda bu məsələ təkcə qanunlarda əks olunmur, eyni zamanda, cəmiyyət də narkomaniyaya düçar olmuş insanlara öz dəstəyini göstərir. Amma biz çalışmalıyıq ki, təkcə qanunların qəbul olunması ilə kifayətlənməyib onların həyata keçirilməsi üçün mühüm tədbirlər həyata keçirək. Narkomaniyanın uşaqlara, qadınlara vurduğu ağır zərbənin qarşısını almalıyıq. Cəmiyyətin verdiyi sifariş o qədər güclü olmalıdır ki, dövlət onu həyata keçirməyə tələsməlidir. Çünki insan hüquqları məsələləri siyasətdən daha mühümdür”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm