Xələf Xələfov sərhədlərin delimitasiyasından danışdı
Bizi izləyin

Qırmızı.az

Xələf Xələfov sərhədlərin delimitasiyasından danışdı

“Xəzərin statusu ilə bağlı tədbirlər davam etdirilir”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, Həştərxan sammitində qərar iki il sonra veriləcək: “Biz dekabr ayında Bakıda növbəti işçi qrupunun görüşünü keçirməyi planlaşdırırıq. Təəssüf ki, iştirak edəcək heyətlərin iş cədvəllərində müəyyən dəyişikliklər olduğu üçün biz görüşü növbəti ilin əvvəlində keçirməyi planlaşdırdıq. Həştərxan sammitində dövlət başçılarının yekdil qərarı ilə iki ildən sonra Qazaxıstanda sammit keçirilməsi nəzərdə tutulub. Bütün Xəzəryanı ölkələr bu sammit çərçivəsində fəaliyyətlərini davam etdirəcəklər”.

X. Xələfov Rusiya ilə Azərbaycan arasındakı sərhədlərin delimitasiyası məsələsinə münasibət bildirib.

“Rusiya ilə Azərbaycan arasındakı sərhədlərin delimitasiyası məsələsi ilə bağlı artıq müqavilə imzalanıb və bu istiqamətdə dövlət komissiyaları fəaliyyət göstərir. Artıq nomativ sənədləri qəbul etmişik və bu, Milli Məclis tərəfindən təsdiq olunub. Normativ proses başa çatandan sonra demarkasiyanın və sərhədboyu işarələrin qoyulması və s. işlərin görülməsi üçün bu fəaliyyəti davam etdirəcəyik. Bu, uzunmüddətli fəaliyyətdir. Rusiya- Azərbaycan sərhədlərinin uzunluğuna görə, bu proses bir neçə il davam edəcək. Bu illər çərçivəsində dövlət komissiyası daim fəaliyyət göstərəcək. Bu komisiyyaların tərkibində fəaliyyət göstərən işçi qrupları da əlaqələrin qrulmasına dəstək olacaq”

X.Xələfov həmçinin Gürcüstan və Azərbaycan sərhədlərinin dermitasiyası ilə bağlı danışıqların hazırkı durumuna da münasibət bildirib: “Sərhəd xəttinin böyük hissələri komisiyyalar arasında razılaşdırılıb. Üçdə bir hissənin razılaşdırılması üçün danışıqları davam etdiririk. İş cədvəli ilə əlaqədər olaraq komissiyanın iclaslarını tez-tez keçirə bilmirik. Lakin Gürcüstan tərəfindən olan həmsədrlə razılaşmışıq ki, gələn ilin əvvəlində bu məsləhətləşməni davam etdirək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm