MTN Azərbaycan ərazisindən keçən narkomarşrutları açıqladı
Bizi izləyin

Qırmızı.az

MTN Azərbaycan ərazisindən keçən narkomarşrutları açıqladı

"Son illər ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi artıb. Bu da həm daxili, həm də xarici amillərlə bağlıdır".

Publika.az xəbər verir ki, bu sözləri “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda cıxısı zamanı Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini Әli Şəfiyev deyib.

Onu sözlərinə görə, son illər narkotiklərin yayılma coğrafiyası və əhatə etdiyi kontingent xeyli genişlənib. Bu bəlaya düçar olanlar arasında uşaqların, qadınların sayı əvvəlki dövrlərlə müqayisədə artıb.

“Әgər 2004-cü ildə MTN tərəfindən cəmi 25 kq narkotik vasitə götürülmüşdürsə, 2010-cu ildə bu rəqəm 1 ton 183 kq-a çatıb. Transmilli, mütəşəkkil cinayətkar dəstələr tərəfindən narkotik vasitələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə daşınması kanalları aşkarlanıb, bir necə qrup və ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunublar”

Ә.Şəfiyev deyib ki, bu gün gənclərin bu bəlaya düçar olmasının başlıca səbəblərindən biri onların bəzi hallarda iş və cəmiyyətin dəstəyindən kənarda qalmalarıdır.

Nazir müavininin sözlərinə görə, Azərbaycan üçün narkotiklərin qanunsuz dövriyyəsində son illər müşahidə olunan artım tempi həm xarici, həm də daxili amillərlə bağlıdır:

“Xarici amillərə gəlincə, bu sırada ən birincisi, Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlamaqla beynəlxalq hüquq və normaların prinsiplərini pozan Ermənistanın milli təhlükəsizliyimiz üçün doğurduğu təhdidlərdir. Ermənistan tərəfindən Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərimizin Azərbaycan hökumətinin və beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilməsi, həmin ərazilərdə transmilli mütəşəkkil cinayətkarlığın genişlənməsinə şərait yaradıb. Narkotiklərin qanunsuz dövriyyəsinə şərait yaradan digər mühüm xarici amil Azərbaycanın geostrateji mövqeyi, şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsidir”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm