Orta məktəbdəki qanunsuz tikili söküldü
Bizi izləyin

Qırmızı.az

Orta məktəbdəki qanunsuz tikili söküldü

Bakı Şəhəri üzrə Təhsil İdarəsini müdaxiləsindən sonra məktəb ərazisindəki qanunsuz tikili sökülüb.

İdarədən Publika.az-a verilən məlumata görə, Paytaxtın Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbə məxsus 90 kvadratmetr torpaq sahəsi qanunsuz zəbt olunub və ərazi hasarlanıb.

Araşdırma zamanı məlum olub ki, qanunsuz tikinti işləri “Paradise” klubun işçiləri tərəfindən aparılıb.

Faktla bağlı Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət edilib. Əraziyə baxış keçirildikdən sonra qanunsuz tikinti sökülüb.

Qeyd edək ki, Prezident İlham Əliyev 11 avqust 2014-cü il tarixində Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətilə tanış olub. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, əsaslı şəkildə yenidən qurulub, 1380 şagird yerlik məktəbdə təmir işləri yüksək standartlara uyğun həyata keçirilib. Təhsil müəssisəsinin bir hektarlıq həyətyanı sahəsində də müvafiq abadlıq və quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb.

BŞTİ-dən bildirilib ki, təlim-tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul etməlidir ki, bu cür qeyri-sağlam tendensiya təhsilalanların Konstitusiya hüquqlarının pozulmasına səbəb olur. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm