Uşaqlar arasında hansı xəstəliklər yayılıb?
Bizi izləyin

Qırmızı.az

Uşaqlar arasında hansı xəstəliklər yayılıb?

Bu il ərzində Bakıda 648 min 960 uşaq icbari müayinədən keçib. Onların10%-i, yəni 63 min 197-si dispanser müayinəyə götürülüb.

Bu sözləri Publika.az-a açıqlamasında Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, müayinəyə cəlb edilən uşaqların 334 min 834-ü sağalıb. Qalan uşaqlar üzərində müalicə davam edir. Onların 2831 nəfəri (3%-i) xəstəxana şəraitində müalicə olunub, 494 nəfər sanator müalicəyə cəlb edilib.

Uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər tənəffüs sistemi, mədə-bağırsaq, o cümlədən sinir sistemi, görmə qabiliyyəti xəstəliklərdir. Bəzi hallarda endorkinoloji çatışmazlıqlar aşkar edilir.

Ümumilikdə, ölkə ərazisində bu il ərzində 2 milyon 600 min uşaq icbari dispanzerizasiyadan keçib. Ölkə ərazisində uşaqlar arasında tənəffüs orqanları xəstəlikləri, qurd invalizasiyası və erkən doğum xəstəlikləri üstünlük təşkil edir.

Qeyd edək ki, paytaxtda uşaqların ümumi sayı 674 min 537-dir. Onların 96%-i müayinədən keçib.

“Uşaqların icbari dispanzerizasiyası” haqqında qanuna əsasən, müayinələr ölkə əhalisinin 1/3-ni əhatə edir. Bu qanunda 0-18 yaşına kimi olan bütün uşaqların icbari disparenzasiyadan keçirilməsini nəzərdə tutur. Qanuna əsasən, 3 yaşa kimi uşaqlar ildə bir neçə dəfə, 3 yaşdan -18 yaşa kimi ildə 1 dəfədən az olmayaraq icbari formada tibbi müayinədən keçir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm