İlham Rəhimov beynəlxalq konqresə dəvət alıb
Bizi izləyin

Qırmızı.az

İlham Rəhimov beynəlxalq konqresə dəvət alıb

Publika.Az xəbər verir ki, beynəlxalq tədbirə dəvət almış tanınmış xarici ölkə hüquqşünasları sırasında həmyerlimiz, hüquq elmləri doktoru, professor İlham Rəhimovun da adı var.

Bu ilin 31 avqust-6 sentyabr tarixlərində Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində Cinayət Hüququ üzrə Beynəlxalq Assosasiyanın (IAPL) 90 illiyinə həsr olunmuş 19-cu beynəlxalq konqres keciriləcək.

Publika.Az xəbər verir ki, beynəlxalq tədbirə dəvət almış tanınmış xarici ölkə hüquqşünasları sırasında həmyerlimiz, hüquq elmləri doktoru, professor İlham Rəhimovun da adı var.

İ.Rəhimov bu tədbirə Cinayət Hüququ üzrə Beynəlxalq Assosasiyanın prezidenti Joze Luis de la Kuesta tərəfindən dəvət olunub. Dəvət məktubunda deyilir: “Sizin Cinayət hüququ üzrə 19-cu beynəlxalq konqresdə iştirak etməyiniz mənim üçün böyük şərəfdir. İnanıram ki, konqresin gedişi zamanı geniş təcrübə müdalisi etməklə yanaşı, həm də yeni elmi və professional əməkdaşlıq üçün böyük imkanlar fürsəti əldə edə biləcəyik”.

Vasif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm