Hərbçilərin maşını minaya düşdü: 1 nəfər öldü, 1-i yaralandı
Bizi izləyin

Qırmızı.az

Hərbçilərin maşını minaya düşdü: 1 nəfər öldü, 1-i yaralandı

Qazaxda hərbçilərin olduğu avtomobil minaya düşdü.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hərbi maşının minaya düşməsi nəticəsində 1980-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlu həlak olub.

Digər müddətdən artıq həqiqi hərbi xidmət keçmiş hərbi qulluqçu əsgər Şahvələdov Eşqin Alı oğlu isə yaralanıb.
Yaralı əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, o, həkimlərin nəzarəti altındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm