Ruhi xəstə atasını, sonra anasını güllələdi
Bizi izləyin

Qırmızı.az

Ruhi xəstə atasını, sonra anasını güllələdi

Ruhi-əsəb xəstəsi valideynlərinə qarşı amansız hərəkətə qol qoyub. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaranın Bəybazarı ərazisində Yaşılağac məhəlləsində 38 yaşlı ruhi xəstə Yusuf A. atasını, daha sonra isə anasını ov tügəngi ilə açdığı atəş nəticəsində qətlə yetirib.


Dünən axşam saatlarında baş vermiş hadisə zamanı evdə olan Yusuf A.-nın xalası isə qaçaraq canını qurtara bilib. Ailəsi ilə eyni evdə qalan, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən Yusuf 60 yaşlı atası Rasim A.-nı güllələdikdən sonra evin ikinci mərtəbəsinə çıxıb və onun əlindən qaçmağa çalışan 59 yaşlı anası Aysun A.-nı yaxalayıb. O, anasını başından güllələyib .


Olayla bağlı məlumat aldıqdan sonra dərhal hadisə yerinə gələn polis əməkdaşları Yusuf A.-nı evin bağçasında əlində silahla gəzişərkən yaxalayıblar.


Qeyd olunur ki, valideynlərini qətlə yetirmiş şəxs 10 il itkin düşüb və yaxınları tərəfindən axtarılıb. Nəhayət, iki il öncə o, tapılaraq ailəsinə təhvil verilib. Yusuf A. dindirilmək üçün polis idarəsinə aparılıb.



Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm