Bakıda ərzaq maşını yandı - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda ərzaq maşını yandı - FOTO

Bakının Nəsimi rayonu ərazisində - Ziya Bünyadov prospektinə birləşən tunelin girişində ərzaq daşıyan yük maşını yanıb.

Publika.az-ın məlumatına görə, hadisə şahidləri şirkətə məxsus avtomobilin ərzaqla dolu olduğunu bildiriblər. Yanğın zamanı yolda tıxac yaranıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Aldığımız son məlumata görə, yanğın söndürülüb. Prospektdə avtomobillərin hərəkəti bərpa olunur.

Yanğının səbəbi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm