• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Tovuzda maşın aşdı: 4 yaralı

Tovuzda maşın aşdı: 4 yaralı

Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az TTV-yə istinadən xəbər verir ki, Hadisə Tovuz-Cəlilli yolunun 1-ci kilometrliyində Düz Cırdaxan ərazisində baş verib. Tovuz istiqamətində hərəkətdə olan "Opel" markalı avtomobilin sürücüsü Səlim Rəhimov havanın dumanlı olduğundan idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Xəsarət alan sürücü və 3 sərnişin Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.

“4 nəfər xəsarətlə qəbul olunmuşdur. Hazırda xəstələr müayinə olunur. 3 nəfər Ağstafa sakini vəziyyəti kafidir. 1 nəfər qadın müalicə olunur vəziyyəti orta ağırdır”, - xəstəxnanın həkimi Kəmaləddin Abbasov bildirib.

Hadisə ilə bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR