Yolların bağlanması barədə vətəndaşlara SMS göndəriləcək
Bizi izləyin

Qırmızı.az

Yolların bağlanması barədə vətəndaşlara SMS göndəriləcək

Nazirlər Kabineti “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nı təsdiq edib.

Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, qaydalarda qeyd olunur ki, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin ediləcək.

Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən aşağıdakı hallar təşkil edir:

yenidən qurulma və təmir; dövlət tədbirlərinin keçirilərkən və qəzalar baş verərkən.

Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər elektron formada göstəriləcək.. Həmin məlumatlar müvafiq xidmətə abunə olmaq və ya SMS sorğu göndərməklə əldə ediləcək.

Bu sahədə bütün xidmətlər ödənişli olacaq. Aylıq abunə haqqı və bir SMS-in Nəqliyyat Nazirliyi ilə mobil telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm