Bəzi rayonlara qar və sulu qar yağacaq
Bizi izləyin

Qırmızı.az

Bəzi rayonlara qar və sulu qar yağacaq

Sabah Azərbaycanın bəzi ərazilərində sulu qar və qar yağacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a bildiriblər ki, dekabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında dekabrın 10-da hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.


Havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7 dərəcə isti olacağı proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm