Elçin Əlibəyli Qorxmaz Əlilini yıxıb-sürüdü
Bizi izləyin

Qırmızı.az

Elçin Əlibəyli Qorxmaz Əlilini yıxıb-sürüdü

"Qorxmaz Əlili AMEA-ya gələndə elm adamları şoka düşmüşdülər"

Aktyor Qorxmaz Əlili AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri vəzifəsindən azad edildikdən sonra professor Kamal Abdullanı onu işdən qovdurmaqda və elmdən bixəbər olmaqda ittiham etdi.

Bununla bağlı AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun dissertantı Elçin Əlibəyli Publika.Az-a açıqlama verib.

Elçin Əlibəyli deyib ki, Qorxmaz Əlilinin Kamal Abdulla haqda işlətdiyi sözlərin yeri yoxdur. Çünki Kamal Abdullanın Azərbaycanın elminə, teatr sənətinə, ədəbiyyatına, təhsilinə verdiyi töhfələr danılmazdır:

"Kamal Abdulla nadir yazıçılardandır ki, onun şeirləri dünya ədəbi mühitində qəbul edilir və sevilir. Kamal Abdullanın "Yarımçıq əlyazma" əsəri o qədər gözəl və inandırıcıdır ki, Türkiyə mətbuatında əsərin real hadisələr əsasında yazıldığına dair məqalələr var.

Kamal Abdulla Azərbaycan elminə, teatrına kifayət qədər zəhmət sərf etmiş alimlərdəndir. O elmi fəaliyyətə gənc yaşlarından başlayıb. Elmi məqalələri, araşdırmaları hələ uzun illər bu sahənin inkişafına kömək olacaq.

Bakı Slavyan Universiteti Kamal Abdulla rektor təyin edilənə qədər qeyri-ciddi təhsil müəssisəsi kimi tanınırdı. Bu təyinatdan sonra Bakı Slavyan Universiteti nümunəvi təhsil ocağına çevrildi. Universitetə gənc və istedadlı müəllimlər dəvət edildi. Bu ali təhsil ocağının Jurnalistika fakültəsi Azərbaycanda yeganə fakültədir ki, aldığı qrant hesabına televiziya açıb. Kamal Abdulla nadir rektorlardandır ki, kimliyindən asılı olmayaraq istedadına, savadına güvəndiyi müəllimləri universitetə dərs deməyə dəvət edir.

O, Azərbaycan teatrında uzun illər fəaliyyət göstərən aktyorları yenidən səhnəyə qaytarmaq, onlarda ruh yüksəkliyi yaratmaq üçün "Sönməyən ulduzlar" adlı teatrın yaranmasına dəstək oldu".

Qorxmaz Əliliyə gəlincə, Elçin Əlibəyli bildirdi ki, o, AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna vəzifəyə gələndə elm adamları şoka düşüblər:

"Elm ocağına şou adamının gətirilməsi Azərbaycan teatrının inkişafının gələcəyini, elmini düşünən insanları pis vəziyyətə salmışdı. Hamı bu cür əhəmiyyətli elm ocağına heç bir elmi iş təcrübəsi olmayan, eyni zamanda indiyə qədər səhnədə aktyor kimi ciddi obraz yarada bilməyən Qorxmaz Əlilinin rəhbər gətirilməsindəm çox narahat idi. Qorxmaz Əlili iddia edir ki, o, Azərbaycan estradasını araşdırıb. Elədirsə, niyə indiyə qədər onun bu haqda heç bir elmi məqaləsini oxumamışıq? Elmdə polemika çox yaxşıdır. Harda polemika varsa, orda inkişaf var. Lakin elm haqda polemikanı elmə uzun illərini həsr eləmiş, hansısa elmi yaradıcılıq sərgiləmiş adamla etmək olar. Onun nəinki polemikaya girişmək, heç Kamal Abdullanın elmi yaradıcılığı haqda söz deməyə ixtiyarı yoxdur. Özünə "elmə yaxın" deyən adam Kamal Abdulla kimi ömrünü Azərbaycan ədəbiyyatının, elmi nəzəriyyəsinin inkişafına sərf etmiş adamın zəhmətini yerə vurmaz".

Elçin Əlibəyli dedi ki, Qorxmaz Əlilini onun öz elmi işinin mövzusunda polemikaya dəvət edir:

"Atmaca atmaqdan, başqasının zəhmətinə hörmətsizlik etməkdən əl çəksin, gəlsin elmi müzakirə aparaq".

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm