Bakıda vətəndaşlardan pul tələb edən keçmiş polislər tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda vətəndaşlardan pul tələb edən keçmiş polislər tutuldu

Bakıda bazarda satıcılardan pul tələb edən keçmiş polisləri tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 2014-cü il dekabrın 9-da paytaxtın Nizami rayonunda yerləşən "Göy bazarı" adlanan ərazidə polisin geyim formasında olan bir neçə şəxsin satıcılardan pul tələb etməsi barədə Nazirliyə məlumat daxil olub.

Dərhal həyata keçirilən tədbirlərlə məlumat təsdiqlənib və həmin şəxslər saxlanılıblar.

Araşdırmalarla polisin işgüzar nüfuzuna xələl gətirən qanunazidd hərəkətlərə yol verənlərin Nizami Rayon Mühafizə İdarəsinin keçmiş polis nəfərləri Hidayət Allahverdiyev və Nazim Əliyev olduqları müəyyən edilib.

Onların əməllərində Cinayət Məcəlləsinin 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olduğundan toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluğa göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm