Aldanmayın: Azərbaycanda saxta rubl var
Bizi izləyin

Qırmızı.az

Aldanmayın: Azərbaycanda saxta rubl var

Azərbaycan polisi dövriyyədən saxta pul və narkotik çıxarıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Elməddin Məmiyevin Lənkəran şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilib.

Baxış zamanı mənzildən 0,9 qram tiryək, 67 ədəd 500 rublluq saxta əskinas və 1 ədəd avtomobil dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm