Qocalar evindən köçürməyə səbəb: “Onlar psixi xəstələrdi, gecə içki içirlər”
Bizi izləyin

Qırmızı.az

Qocalar evindən köçürməyə səbəb: “Onlar psixi xəstələrdi, gecə içki içirlər”

"Qocalar evində 60-70 yaşlı insanlar qalacaq"

Ötən gün Bilgəhdəki qocalar evinin Xanlar rayonuna köçürülməsi və sakinlərin buna etiraz etməsi barədə məlumat vermişdik. Qocalar evinin direktoru səbəbi izah etməsə də, köçürülmənin olacağını deməklə kifayətlənmişdi. Yenidən onunla əlaqə saxlayıb sakinlərin köçürülmə səbəbi, köçürüləcəkləri yerlər barədə məlumatları öyrəndik.

Bilgəhdəki qocalar evinin sakinlərinin köçürülməsi yaşla əlaqədardır. Qocalar yox, 35-50 yaş arası orta yaşlı sakinlərin köçürülməsi planlaşdırılır. Həmin şəxslər internat və əlil evlərinə köçürüləcək. Bu sözləri Publika.Az-a açıqlamasında qocalar evinin adını deməkdən çəkinən direktoru dedi. O vəzifəyə yeni təyin olunduğundan köçürmə barədə məlumatının çox az olduğunu bildirdi:

“Bu vəzifəyə yeni təyin olunmuşam, heç buradakıların adını tam bilmirəm. Lakin köçürülmədən əvvəl, bu istiqamətdə araşdırma aparılacaq. Hazırda bizim müəssisədə qalanlar arasında 15 il Maştağada ruhi dispanserdə müalicə olunmuş insanlar var. Bu qrupdan olan insanlar onlara uyğun gənc əlillər evinə köçürüləcəklər. Qocalar evində 60-70 yaşlı insanlar qalacaq”.

Direktor qocaların orta yaşlı insanlarla bir yerdə qalmasının onların təhlükəsizliyi baxımından uyğun olmadığını dedi:

“Burada ruhi xəstələr var ki, onların qocalarla bir yerdə yaşaması düzgün deyil. Hətta onlar gecələr buradan qaçır, spirtli içki alıb içirlər. Sonra isə qocalarla dava edirlər”.

Köçürülənlərin etiraz etməsinə gəldikdə isə, direktor bunun normal olduğunu dedi:

“Onlar uzun müddət qaldıqları, müəyyən tanışlarının olduğu yerdən getmək istəmirlər. Biz bunu anlayırıq. Amma yaşlılarla bir yerdə yaşamaları düzgün deyil. Heç kim özbaşına köçürülə bilməz. İstənilən halda, nazirlik bu barədə qərar verəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm