Seymur Baycan: “Ermənilərdən mükafat almışam, əcəb eləmişəm“
Bizi izləyin

Qırmızı.az

Seymur Baycan: “Ermənilərdən mükafat almışam, əcəb eləmişəm“

Dünən ermənilərlə azərbaycanlılar Gürcüstanda birgə tədbir keçiriblər. Tədbirdə dizaynerlər, jurnalistlər, yazıçılar, bəstəkarlar və bir sıra təşkilatların nümayəndələri iştirak edib.

Publika.Az xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycanda fəaliyyət göstərən Humanitar Tədqiqatlar Cəmiyyəti olub.

Tədbirdə Azərbaycan tərəfindən 10, Ermənistan tərəfindən isə 20 nəfər iştirak edib. İştirakçılar muharibəyə son qoymağı, hər şeyi sülhlə həll etməyi təklif ediblər. Hər iki tərəfin fotoqraf və dizaynerlərinin əl işləri tədbir boyunca nümayiş etdirilib.

Sonda ermənilər yazar Seymur Baycana diplom, saat və üzərində sülh çağırışı əks olunan foto hədiyyə ediblər.

Seymur Baycan Publika.Az-a bildirib ki, Tiflisdə ermənilər tərəfindən mükafatlandırıldığına görə çox şaddır:

"Bununla bağlı heç bir narahatçılığım yoxdur. Çünki indiyə qədər kifayət qədər ziyalı, millət vəkili, hətta Şeyxülislam Hacı Allahşükür Paşazadə də ermənilərlə görüşlər keçirib. Həmin görüşlərə münasibət bildirməkdən çəkinən adamların indi mənə qarşı mənfi rəy verməsi gülməli alınar. Ermənilərdən mükafat almışam, əcəb eləmişəm".

Yazar deyib ki, kimin harda, hansı mükafatı almasının heç kimə dəxli yoxdur.

Amma bu mükafatlandırılmaya Azərbaycanda kifayət qədər sərt təpki göstərənlər də var.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, ermənilərdən nəinki mükafat almaq, hətta onlarla üzbəüz oturmaq da vicdansızlıqdır:

"Seymur Baycan pula görə çoxdan şeytana satılıb. İndiyə qədər ermənilər üçün gizli, indi isə açıq xidmət edir. O, Azərbaycan cəmiyyətində nə yaxşı yazar, nə də ki, torpağını sevən insan kimi tanınmayıb.

Ermənidən mükafat almaq nə deməkdir? O gəncdir, elə bilir ki, bu cür hərəkətlər ona uğur gətirəcək, tanınacaq. Bir gün bu hərəkətlərinin sifarişli olduğunu "Nobel" alan Orhan Pamuk kimi etiraf edəcək".

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm