• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

ABU-nun dekanı barəsindəki cinayət işi məhkəməyə göndərildi

ABU-nun dekanı barəsindəki cinayət işi məhkəməyə göndərildi

Azərbaycan Beynəlxalq Universitetinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işinin materiallardan həmin universitetdə dekan vəzifəsində işləmiş İsmayıl Məmmədovun barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, istintaq zamanı universitetin Dövlət və bələdiyyə idarəetməsi, Tarix və ictimaiyyət fakültələrinin dekanı vəzifəsində işləmiş İ.Məmmədovun Elşad Abdullayev və qeyriləri ilə qabaqcadan əlbir olub külli miqdarda rüşvət almaq məqsədi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən ayrı-ayrı şəxslərin Ukrayna və Rusiya Federasiyasının müxtəlif ali təhsil müəssisələrində təhsil almaları barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədləri tərtib edərək Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinin müxtəlif fakültələrinə II kursdan köçürülmələrini aparmaqla həmin şəxslərdən 68 min 300 manat məbləğində pulu rüşvət kimi almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hazırda Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru E.Abdullayev və qeyriləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR