• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İşə getdiyini dedi, amma arvadını güdüb qətl törətdi - FOTO

İşə getdiyini dedi, amma arvadını güdüb qətl törətdi - FOTO

Bakının Binəqədi rayonunda qanlı hadisə baş verib. Binəqədi Rayon Prokurorluğundan Publika.Az-a verilən məlumata görə, Xocəsən qəsəbəsində, yeni yaşayış sahəsindəki evində Malik Əliyev qısqanclıq zəminində arvadı Simuzərə və onunla birgə olan Zaur adlı şəxsə bıçaqla xəsarətlər yetirib.

Xəstəxanaya yerləşdirilmiş Zaur orada vəfat edib, Simuzərin vəziyyəti isə qənaətbəxşdir. Malik Əliyev könüllü olaraq polisə gəlib. O, ilkin istintaqa ifadəsində törətdiyi cinayət əməlindən peşman olmadığını, hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

O da müəyyən edilib ki, Simuzər Əliyevanın Zaur adlı şəxslər münasibətdə olması barədə qəsəbə sakinləri arasında söz-söhbət gəzib. Lakin hadisəni törədən şəxs söz-söhbətlərə inanmayıb.

Arada gəzən dedi-qoduya son qoymaq məqsədilə Malik Əliyev arvadını izləməyə başlayıb. O, hadisə baş verən günü səhər yeməyindən sonra işə getmək adı ilə evdən çıxıb. Lakin evin tinində dayanaraq arvadını güdməyə başlayıb.

Bu zaman Zaur adlı şəxsin gəldiyinin görüb, onun dalınca evə daxil olub. Zaura çoxsaylı bıçaq zərbələri vurub, onu ölümcül vəziyyətə salandan sonra bıçaqla arvadına hücum edib.

O, arvadına cəmi bir bıçaq zərbəsi vura bilib.

Əri tərəfindən bıçaq zərbəsi alan Simuzər qonşularının evinə qaçıb. Malik Əliyev iradəsindən asılı olmayan səbəblərə görə, cinayəti başa çatdıra bilməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.1.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə cinayəti işi başlayıb, istintaq gedir.

Hacı Zeynalov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR