Elmar Vəliyev evləri sökülən sakinlərlə görüşdü – FOTO
Bizi izləyin

Qırmızı.az

Elmar Vəliyev evləri sökülən sakinlərlə görüşdü – FOTO

Bu gün Gəncə şəhərinin Cavad xan qəsəbəsində qaz, işıq, su və kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar olaraq həmin infrastruktur layihələrin yeri müəyyən edilib.

Publika.az-ın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin müdiri Fədail Səlimov məlumat verib.

Onun sözlərinə görə, qəsəbədən keçəcək avtomobil yolunun üzərinə düşən qanunsuz tikililər sökülüb: “Şəhərin baş planına və şəhərsalma qaydalarına uyğun gəlməyən qanunsuz tikililər sökülür. Qəsəbədə yolların eni 12 metr, baş yolların eni isə 16 metr olacaq. Digər qanunsuz tikilmiş evlər isə sənədləşdirilmək üçün qeydə alınır”.

Qeyd edək ki, söküntü və quruculuq işləri aparılan əraziyə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də baş çəkib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm