Dustaqlar qiyam qaldırdı: 8 yaralı
Bizi izləyin

Qırmızı.az

Dustaqlar qiyam qaldırdı: 8 yaralı

Rusiyanın Çelyabinsk şəhərinin 1 saylı istintaq təcridxanasında məhbuslar qiyam qaldırıb.

Publika.az xəbər verir ki, üzərində mobil telefon aşkarlanmış şəxs Cəzaların icrasına nəzarət xidməti əməkdaşlarının tələblərinə məhəl qoymayaraq kameradan çıxmayıb. Əksinə digər kameradakı dustaqları etiraza səsələyib. Bir müddət sonra isə həmin dustaqdan xəbər çıxmadığını görən digər məhbuslar, dəhlizə su tökməyə, kameraların qapısını döyməyə və döşəkləri yandırmağa başlayıblar.

Nəzarət xidmətinin məlumatına görə, 30 kamerada saxlanılan 100-dək məhbus itaətsizlik aksiyasına qoşulub. Onlardan 8 nəfəri özlərinə yüngül bədən xəsarəti yetirib.

“Hamıya təcili tibbi yardım göstərilib. Məhbuslara qarşı xüsusi vasitələr və fiziki güc tətbiq edilməyib”, - cəzaların icrasına nəzarət xidmətinin məlumatında deyilir.

Hadisədən sonra təcridxana ərazisi polis tərəfindən mühasirəyə alınıb.

Hüquq müdafiəçilərinə əsasən, narazılıq ötən həftə, məhbuslara yemək və dərmanın verilməsinin və kameraların isidilməsinin dayandırılmasından sonra başlayıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, bazar günü təcridxanada kriminal aləmdəki statuslarını qorumağa çalışan iki qrup məhbus arasında dava düşüb.

Rəsmilər bu məlumatları təkzib etsə də, cəzaların icrasına nəzarət xidməti qəza nəticəsində kameraların qızdırılmasının bir neçə saat ərzində kəsildiyini etiraf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm