Bakıda tıxac: Bu yollardan keçməyin!
Bizi izləyin

Qırmızı.az

Bakıda tıxac: Bu yollardan keçməyin!

Bakıda bir sıra küçə və yollarda tıxac var.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda Səməd Vurğun küçəsindən Zərifə Əliyeva küçəsinin kəsişçməsinə qədər olan hissədə tıxac müşahidə olunur.

Üzeyir Hacıbəyov küçəsində yaranmış sıxlıqla bağlı sürücülərə alternativ olaraq "28 May" küçəsindən istifadə etmək tövsiyə olunur.

Tbilisi prospektindən “20 Yanvar” dairəsi istiqamətində və Həsən Əliyev küçəsindən “Azadlıq” metrosiu istiqamətində, o cümlədən, Xətai prospektindən Heydər Əliyev prospekti istiqamətində , Şərq bazarının qarşısında tıxac var. Sürücülərə alternativ olaraq Təbriz küçəsi ilə hərəkət etmək tövsiyə olunur.

NİİM-dən onu da bildirdilər ki, hazırda Badamdar qəsəbəsi ərazisində Qurd qapısı qəbiristanlığının qarşısında yol təmirə bağlandığından alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm