Gömrükçülər külli miqdarda qaçaqmal telefon aşkarladı
Bizi izləyin

Qırmızı.az

Gömrükçülər külli miqdarda qaçaqmal telefon aşkarladı

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşı Babayev İsa Sabir oğlunun etibarnamə ilə idarə etdiyi “Mercedes Benz” markalı, 10LD955 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin mühərrik sisteminin yanından və avtomobilin yük yerindən 1889 ədəd pirotexniki vasitələr və 43 ədəd müxtəlif markalı mobil telefonlar aşkar edilib.

Rusiyadan Gürcüstan ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına idxal nəqliyyat xətti ilə gələn Rusiya Federasiyasının vətəndaşı Qorodinskiy Artur Alekseyeviçin idarə etdiyi “Lada 219110” markalı, M908TA161 dövlət qeydiyyat nişanlı minik avtomobilinə isə gömrük baxışı zamanı həmin avtomobilin yük yerindən və avtomobilin salonundan 1 ədəd dəyənək, 213 ədəd müxtəlif markalı mobil telefonlar və 176 ədəd mobil telefonlar üçün aksessuarlar gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək saxlanılıb.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm