Gömrükçülər Heydər Əliyev Mərkəzini ziyarət edib
Bizi izləyin

Qırmızı.az

Gömrükçülər Heydər Əliyev Mərkəzini ziyarət edib

Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzini ziyarət edib.

Komitədən Publika.az-a verilən məlumata görə, ziyarətə gələn gömrük əməkdaşlarına Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilib.

Həmçinin, bildirilib ki, Mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

DGK əməkdaşlarına o da deyilib ki, nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən Mərkəz artıq dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanışlıq da qonaqlarda böyük maraq doğurub.

Görüşdə qeyd edilib ki, muzey ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib.

Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Burada Heydər Əliyevin həyat yolu, onun barəsində maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur.

Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.

Bildirilib ki, muzeyin ən maraqlı bölmələrindən biri də Heydər Əliyevin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır.

Dövlət Gömrük Komitəsinin əməkdaşları Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm