"Elmlər Akademiyası" stansiyasından BDU-ya gedən yol açılır
Bizi izləyin

Qırmızı.az

"Elmlər Akademiyası" stansiyasından BDU-ya gedən yol açılır

Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisi ilə əlaqədar Bakı Dövlət Universiteti (BDU) istiqamətindəki bağlanmış yolların yaxın bir neçə gündən sonra açılması planlaşdırılır.

Bunu Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışında (Bakı Dövlət Universiteti tərəfə), yolun üst hissəsində görülən tikinti işlərinin tamamlanması ilə əlaqədar Bəxtiyar Vahabzadə (keçmiş Firudin Ağayev) və Zahid Xəlilov küçələrinin bu ilin sonuna kimi, yəni Yeni il bayramı ərəfəsində açılması və orada nəqliyyatın və piyadaların hərəkətinin bərpa olunması nəzərdə tutulur.

Qeyd edək ki, adıçəkilən yollar 2012-ci ildən bəri nəqliyyatın hərəkəti üçün qapalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm