“Fövqəladə hallarda özünü necə aparmalı?” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Fövqəladə hallarda özünü necə aparmalı?” - FOTOLAR

Fevralın 11-də Bakıdakı 49 nömrəli məktəb-liseydə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən təşkil edilmiş tədbirdə FHN-nin Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə və Tibb Xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Nəzəri və praktik olmaqla, iki hissədən ibarət bu tədbirdə məktəblilərə fövqəladə halların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişət qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel, daşqınlar, yol qəzaları, partlayışlar və digər müvafiq məsələlərlə bağlı ətraflı məlumat verilib.

Məktəblilərə fövqəladə hallarda istifadə olunan spesifik alətlər, yanğınsöndürmə avadanlıqları, akvalanq, xilasetmə, üzmə və fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı, iş prinsipləri, xüsusi kinologiya avtomobili, sınıqlar və qanaxmalar zamanı ilkin tibbi yardımın həyata keçirilmə üsulları əyani şəkildə nümayiş etdirilib. Bundan əlavə, məktəbin həyətində şərti partlayıcı qurğu xüsusi təlim keçmiş it tərəfindən tapılıb və pirotexnik tərəfindən zərərsizləşdirilmək üçün ərazidən uzaqlaşdırılıb.

Şagirdlərin zəlzələ mövzusunda hazırladıqları səhnəcik tədbir iştirakçılarına təqdim olunub. Səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və ilkin tibbi yardımın göstərilməsi məsələləri nümayiş etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm