Azercell Azərbaycanı Qətərdə təmsil etdi
Bizi izləyin

Qırmızı.az

Azercell Azərbaycanı Qətərdə təmsil etdi

Şirkət "ITU Telecom World 2014” sərgi-konfransına öz yenilikləri ilə qatıldı.

Azərbaycanın mobil rabitə bazarının lider şirkəti Azercell Telekom Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi altında Qətərin Doha şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "ITU Telecom World 2014” sərgi-konfransında Azərbaycanı təmsil edib. Azərbaycan və 40-a yaxın yerli şirkətin pavilyonları yerləşdirilən foyedə müxtəlif informasiya-telekommunikasiya vasitələri sərgidə öz xidmətlərini nümayiş etdiriblər. Azercell də sərgidə M2M,4G, Asan imza və s. xidmətlərini nümayiş etdirib. Şirkətin nümayiş etdirdiyi yeniliklərdən biri olan M2M texnologiyası əsasında yaradılan xidmətlərdir. Sözügedən texnologiya müxtəlif məişət və sənaye sahələrində məlumatların toplanmasını və mobil rabitə vasitəsilə istifadəçiyə dərhal göndərilməsini mümkün edir. M2M texnologiyaları bank, nəqliyyat, təhlükəsizlik, neft-qaz sənayesi, kommunal xidmətlər və digər sahələrdə tətbiq olunur. Hazırda Azərbaycanda M2M texnologiyası yalnız Azercell Telekom tərəfindən təqdim olunur. Bununla bərabər şirkət ölkədə ilk dəfə tətbiq etdiyi digər yeniliyi - Asan İmza (mobil imza) xidmətini də nümayiş etdirib. Sərgi iştirakçılarına məlumat verilib ki, bu xidmət hər bir mobil abunəçiyə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək imkanını yaradır. Azərbaycan mobil rabitə bazarında hər zaman ilklərə imza atan Azercell sərgidə eyni zamanda 4G xidmətini iştirakçılara təqdim edib. Bildirilib ki, TeliaSonera ailəsinin bir üzvü kimi şirkət 2012-ci ildə yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib. 2015-ci il üçün şirkətin planlarına ölkənin daha 5 cənub rayonunun LTE şəbəkəsi ilə əhatə olunması daxildir. Bundan başqa, Azecell həmçinin Naxçıvan Muxtar Respublikasının 4-cü nəsil şəbəkəyə qoşulmasını planlaşdırır.

Azercell-in fəaliyyəti və yüksək texnologiyalar əsasında təqdim etdiyi xidmətlər sərgi iştirakçıları ilə bərabər, həmçinin Qətərin dövlət nümayəndələri və iri özəl şirkətlərin də diqqətini cəlb edib. İnnovativ məhsullarla öz abunəçilərini daim sevindirən Azercell ölkəmizin inkişafını, həmçinin, Azərbaycandan kənarda, digər ölkələrdə də geniş təqdim etməyə davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm